Viktor Yanukoviç müxalifət liderlərinə yüksək vəzifələt təklif etdi


Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşü olub.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, görüşdə UDAR partiyasının lideri Vitali Kliçko, "Batkivşina" parlament fraksiyasının rəhbəri Arseniy Yasenyuk və milliyyətçi "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok iştirak edib.

Tərəflərin ölkədəki böhrandan çıxış yollarını müzakirə etdiyi bildirilir.

Ölkənin ədliyyə naziri Yelena Lukaş prezident Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşünü şərh edərkən bəyan edib ki, Ukrayna prezidenti Viktor Yanukoviç "Batkivşina" müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.
"Ukrayna prezidenti Arseniy Petroviç Yatsenyuka baş nazir vəzifəsini təklif edib. O baş nazir vəzifəsinə razılıq verəcəyi təqdirdə prezident hökumətin istefasına dair qərar verəcək", deyə Yelena Lukaş bildirib.

Bundan başqa Ukrayna prezidenti Viktor Yanukoviç "UDAR" partiyasının lideri Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib.

"Ukrayna prezidenti Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib. Ukrayna prezidenti əmindir ki, müxalifətlə birgə aparılacaq iş dövlətin birləşməsinə, ölkə və cəmiyyət üçün lazımi islahatların aparılmasına kömək edəcək", deyə Yelena Lukaş bildirib.

Əli
AzNews.az