Timsah 12 yaşlı uşağa hücum etdi


Avstraliyada timsah 12 yaşlı oğlana hücum edib. Hadisə Kakadu Milli Parkının yaxınlığında baş verib.

Bir neçə uşaq çimərkən timsahın hücumuna məruz qalıb. Uşaqlardan birinin əlini dişləyən timsah onu suyun altına çəkməyə çalışıb.

Ancaq uşaq cəld tərpənərək timsahdan xilas ola bilib. Timsah bu dəfə 12 yaşlı başqa bir uşağa hücum edərək onu suyun altına aparıb.

Həmin ərazidə daha sonra iki timsah vurulsa da onların heç birinin mədəsindən uşağın qalıqları çıxmayıb. Hazırda timsahın apardığı uşağın axtarışları davam edir. Ancaq xilasedicilər onun sağ qalma ehtimalını istisna edir.

Elnur
AzNews.az