AŞ PA-nın yeni sədri seçildi- Yenilənib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədrinin seçkisi ilə bağlı səsvermə başa çatıb. Trend-in məlumatına görə, nəticələrin yerli vaxtla saat 13:00-15:30 aralığında elan olunması gözlənilir.

Qeyd edək ki, AŞ PA sədri postuna iki namizəd var. Bunlar Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) və Böyük Britaniyadan olan deputat Robert Uolterdir (Robert Walter).

Xatırladaq ki, yerli vaxtla saat 11:45-də başlayan səsvermə saat 12:15-də bitib. İlk turda seçilmək üçün hər iki namizəddən biri 159 səs toplamalıdır.

Səsvermədə 317 parlamentari iştirak edib. Əgər sədr iki turda seçilməsə, bu halda Assambleyada üçüncü tur keçiriləcək və ən çox səs toplayan namizəd qalib gələcək.

AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.(15.40)

***

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədri seçilib.

Trend-in məlumatına görə, Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) AŞ PA-nın yeni sədri seçilib.

O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da "Avropa naminə Demokratlar və Liberallar Alyansı" siyasi qrupunun sədri olub.

AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.

AzNews.az