Yeniyetmə oyuncaq silahla bank soydu- FOTO

Almaniyanın Bavariya əyalətində 16 yaşlı lisey şagirdi oyuncaq silahla bir bank şöbəsini soyaraq, velosipedlə qaçıb.

Anspress-in verdiyi məlumata görə, hadisə ötən gün Bed-Füssinq şəhərindəki bankların birində baş verib.

Gənc banka daxil olub və silahı işçilərdən birinə tuşlayıb. Bank işçiləri qorxduqları üçün soyğunçunun tələbini qəbul edərək pulu veriblər.

Bankı sürətlə tərk edən soyğunçu qapı önündəki velosipedilə qaçmağı bacarıb. Hadisə şahidlərindən biri onu avtomobililə təqib etsə də, ancaq çox keçmədən soyğunçu gözdən itib.

Bavariya polisinin axtarışı qısa müddətdə nəticə verib. Polis gənc soyğunçunu Avstriya sərhəddində yaxalayıb.

Qeyd edək ki, soyğunçunun polisə müqavimət göstərmədən təslim olub.

AzNews.az