Benilüksdə Xocalı həftəsi elan ediləcək

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Benilüks ölkələrində müxtəlif anım tədbirləri keçiriləcək.


Bununla əlaqədar Benilüks Azərbaycanlıları Konqresi də tədbirlər planı hazırlayıb.

Fevralın 20-dən 26-dək Benilüksdə Xocalı həftəsi elan edilməsi, mövcud əyani vəsaitlərin çoxaldılaraq paylanması, KİV-lərdə məlumatların yayılması nəzərdə tutulub.

Bundan başqa Benilüks Azərbaycanlıları Konqresində Birləşmiş Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə "Xocalı soyqırımı – insanlığa qarşı cinayət" mövzusunda sərgi açılacaq.

Sərgidə müxtəlif foto, video materiallar, kitab və digər çap materialları numayiş etdiriləcək.

Tədbirdə Konqresin idarə heyətinin üzvləri, Benilüks ölkələri hökumətinin rəsmi şəxsləri, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyət üzvləri iştirak edəcək.

İnterpress.az