Ukraynalı deputat özünü asdı

Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhər sovetinin hakim Regionlar Partiyasını təmsil edən deputatı Viktor Palaquta intihar edib. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, deputat öz iş otağında asılı vəziyyətdə tapılıb.

Onun üzərindən heç bir məktub çıxmayıb. Təhqiqatçılar ölümün motivini araşdırırlar. Bəzi versiyalara görə, deputatı bu addıma sağlamlığı ilə bağlı problem də vadar edə bilərdi.