Ukraynada iğtişaşlar davam edir - VIDEO

Təhlükəsizlik qüvvələrinin əməkdaşlarından ibarət bir qrup Kənd Təsərrüfatı Nazirliyinin binasını ələ keçirən Anti-hökumət nümayişçilərini sıxışdıraraq, binadan çıxarmağa çalışıb. Bu zaman iğtişaşlar baş verib.

Bu arada, Ukrayna parlamenti etirazlar zamanı həbs olunanların əfv edilməsinə dair tədbirləri müzakirə edir. "Batkivşina" Müxalifət partiyasının lideri Arseni Yatsenyuk iqtidarın zaman qazanmağa çalışdığını hesab edir.

Batkivşina partiyasının lideri, Arseni Yatsenyuk: "Onlar vaxt qazanmağa çalışırlar. Biz sadəcə dinc nümayişlərdə iştirak edənlərin hamısının əfv edilməsi üçün qanun layihəsini müzakirə etdik. Onlar bir sıra şərtlər irəli sürüblər və əsas şərt Maydanın boşaldılmasıdır, yalnız bundan sonra bütün etirazçılar əfv ediləcək. Bu, bizim üçün qəbuledilməzdir".

"UDAR" Müxalifət partiyasının lideri Vitali Kliçko də Yatsenyukla eyni mövqeyi bölüşür.

"UDAR" partiyasının lideri, Vitali Kliçko: "Mən əminəm ki, insanlara onları evə getməyə vadar edəcək qədər razı salacaq bir şey təklif edə bilərik. Təkcə ittihamların geri götürülməsi və amnistiya kifayət deyil".

Ötən gün Baş nazir Nikolay Azarovun vəzifəsindən istefa verməsi belə etirazçıları fikirlərindən döndərməyib. Onlar prezident Viktor Yanukoviç istefa verməyənədək meydanlardan çəkilməyəcəklərini bildirirlər.






AzNews.az