Daha bir dini lider edam ediləcək

Təxminən 2 ay əvvəl Camaatı İslami Partiyası ümumi katibinin köməkçisi Abdülkadir Mollanın edam edildiyi Banqladeşdə bu dəfə də məhkəmə aralarında Camaatı İslami lideri Matiur Rəhman Nizamının da olduğu 14 adama edam cəzası verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Banqladeş limanından silah qaçırmaqla günahlandırılan 70 yaşındakı Nizamı qərara etiraz edəcəyini açıqlayıb.


AzNews.az