Komandirin oğlu qaçırıldı


Liviyanın Benqazi şəhərində, orduya bağlı Xüsusi Qüvvələr Birliyi Komandiri Polkovnik Venis Buhəmadənin oğlu qaçırılıb.


AzNews.az xəbər verir ki, Xüsusi Qüvvətlər Birliyinin sözçüsü Polkovnik Meylud əz-Zevi açıqlamasına görə, Polkovnik Buhəmadənin oğlu Əli Buhəmadə Benqazidə Qaryunus bölgəsində yoldaşları ilə birlikdə nahar etdiyi zaman restorana basqın edən, hələlik şəxsiyyətləri bəlli olmayan silahlı şəxslər tərəfindən qaçırılıb.

Liviya Baş qərargah rəisinin gerbi olan nəqliyyat vasitələri ilə hadisənin reallaşdırıldığını ifadə edən Zevi, hadisənin araşdırıldığını, avtomobillərdə olan gerbin isə saxta ola biləcəyini deyib.

Elman
AzNews.az