15:11
(077) 610-22-33

Heroin qaçaqmalçısı olan səfir gəlininə hökm oxundu

  • >
1 055 31 Yanvar 2014 12:18 | Dünya

Tacikistanın paytaxtı Düşənbə şəhərində bu ölkənin Belarusdakı səfiri Kozidövlət Koimdodovun gəlini Muştari Mubarekşovaya hökm oxunub.

O, bir neçə ay əvvəl heroin qaçaqmalçılığında ittiham edilərək həbs olunmuşdu.

Məhkəmə qadını külli miqdarda narkotik qaçaqmalçılığında təqsirli bilərək12,5 il azadlqıdan məhrum edib.

Qeyd edək ki, səfirin gəlini və onun həyat yoldaşı Düşənbə hava limanında ötən ilin sntyabrında saxlanmışdı. Onlar Moskvaya uçmağa hazırlaşdıqları zaman həbs edilmişdilər.

Yükə baxış zamanı çantalardan külli miqdarda heroin tapılmışdı. Ancaq bu hadisədən sonra səfirin oğlu yox, ancaq gəlin məsuliyyətə cəlb olunmuşdu. Səfirin oğlunun mühakimədən kənar qalmasının səbəbləri açıqlanmır.

Elnarə
AzNews.az
Bağla X