Sosial şəbəkədə tanış olan 3 qadın birlikdə intihar etdi


Almaniyada sosial şəbəkədə tanış olan 3 qadın birlikdə intihar edib.

AzNews.az əcnəbi mətbuata istinadən xəbər verir ki, intihar edənlər 49, 44 və 23 yaşlı qadınlardır. Onlar Almaniyanın qərbində göl kənarındakı kempinqdə ev kirayələyib. 2 gün sonra isə qadınların cəsədi hamam otağında tapılıb.

Cəsədlərin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Onların qazdan zəhərləndiyi ehtimal edilir. Bununla yanaşı ən güclü versiya kimi intihar önə sürülür. Polisin məlumatına görə, qadınlar sosial şəbəkədə tanış olduqdan sonra ilk dəfə görüşüblər.

Elnur
AzNews.az