Amerikada çeçen terrorçunun edamı tələb edilir

2013-cü il aprelində Bostonda terror aktının törədilməsində təqsirli hesab edilən çeçen Cövhər Çarnayevin edamı tələb edilir.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prokurorluğun yaydığı bəyanatda qeyd edilib.

Sənəddə Çarnayevin ABŞ-da sığınacaq aldığı, ancaq onun bunun müqabilində Amerikaya xəyanət edərək insan ölümünə yol açdığı vurğulanır.

Hələlik Çarnayevin məhkəmə prosesinin nə zaman başlayacağı tam açıqlanmasa da, prosesin payızda statr götürəcəyi istisna edilmir.

Qedy edək ki, C.Çarnayevin törətdiyi ehtimal edilən partlayışda 3 nəfər ölüb, 260 nəfər xəsarət alıb.

Çarnayevin terror aktını 26 yaşlı qardaşı Tamerlanla bərabər törətdiyi güman edilir. Tamerlan hadisədən bir neçə gün sonra polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Elnarə
AzNews.az