Pan Gi Mun İranda


İranın Prezident Administrasiyasının yaydığı xəbərə görə, BMT baş katibi avqustun 26-31-də Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısına qatılacaq. Sammiti 163 yerli və xarici jurnalist, operator, müxbir və fotomüxbir izləyəcək.

Ümumilikdə zirvə toplantısına 100 ölkə qatılacaq. Burada 35 ölkə dövlət başçısı, 5 ölkə birinci vitse-prezident, prezident müavini və parlament heyəti, 21 ölkə xarici işlər nazirləri, 5 ölkə prezidentin xüsusi nümayəndəsi, iki ölkə nazir, digər ölkələr isə nazir müavini, müşavir, səfir və s. səviyyəsində toplantıda iştirak edəcək.