Səfir məhkəməyə verildi

ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Rayan Kroker həbs oluna bilər
ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Rayan Kroker yol hərəkəti qaydasını pozduğuna və avtomobili içkili vəziyyətdə idarə etdiyinə görə həbs oluna bilər.

Belə ki, AzNews.az-ın newsru.com saytına istinadən verdiyi görə keçmiş səfirin işi, artıq Vaşinqton məhkəməsindədir. Yerli polisin verdiyi məlumata görə, Kroker avqustun 14-də Vaşinqton ştatının Spokan şəhərində saxlanılıb. Keçmiş səfir soldan sağa manevr edərkən yük maşını ilə toqquşub və hadisə yerindən qaçmağa cəhd göstərib.

Polislər onu saxlayarkən içkili olduğunu da aşkarlayıblar. Onun qanındakı alkoqolun səviyyəsi icazə veriləndən 2 dəfə artıq olub. Kroker isə günahkar olmadığını iddia edir.

Qeyd edək ki, Rayan Kroker 37 illik təcrübəsi olan diplomatdır və Əfqanıstandan əvvəl İraqda, Pakistanda, Suriyada səlahiyyətli səfir missyasını həyata keçirib. Əfqanıstanda səfirlik müddətini isə, səhhəti ilə əlaqədar vaxtından əvvəl başa vurub.

Sadiq
AzNews.az