O, məhkəmənin ona neçə il cəza verməsindən asılı olmayaraq apelyasiya məhkəməsinə müraciət etməyəcək O, məhkəmənin ona neçə il cəza verməsindən asılı olmayaraq apelyasiya məhkəməsinə müraciət etməyəcək

77 nəfərin qatili olan Breyvikə hökm oxunur

O, məhkəmənin ona neçə il cəza verməsindən asılı olmayaraq apelyasiya məhkəməsinə müraciət etməyəcək



Bu gün Norveçdə ötən ilin iyul ayında 77 nəfəri öldürən və özünü antiislam döyüşçüsü adlandıran Anders Breyvikə hökm oxunacaq. Məhkəmə öncəsi Breyvikin fikirləri ilə bağlı açıqlama verən vəkil Vibeke Heyn Baera bildirib ki, Breyvik məhkəmənin ona neçə il cəza verməsindən asılı olmayaraq apelyasiya məhkəməsinə müraciət etməyəcək.

AzNews.az Anspress-ə istinadən verdiyi məlumata görə, əgər məhkəmədə Breyvik əqli xəstə kimi elan edilərsə, o halda onun adına ləkə gətirən bu damğaya qarşı axıra qədər mübarizə aparacaq.
Qeyd edək ki, məhkəmə Breyviki əqli cəhətdən xəstə kimi təqdim edərsə, o halda 17 nəfərdən ibarət psixiatr-həkim heyəti onun müalicəsinə başlayacaq. Əks halda isə, onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Breyvik Norveçin paytaxtı Oslo şəhərində partlayış törədərək və Utoya şəhərində insanlara silahla atəş açaraq 77 nəfərin ölümünə səbəb olmuşdu. Törədiyi cinayətlərin səbəbinə gəlincə isə o, Norveçi və Avropanı müsəlmanlardan qorumaq məqsədilə ilə belə etdiyini bildirib.

AzNews.az