10:39
(077) 610-22-33

ABŞ yeni plasdarm axtarışında

  • >
645 24 Avqust 2012 09:33 | Dünya

Yaponiya ilə danışıqlar aparılır



ABŞ raketdən müdafiə
sistemlərini Asiyada yerləşdirmək niyyətindədir. Bu barədə məlumatı ABŞ Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi general Martin Depsi verib.

AzNews.az-ın xinhuanet.com
saytına istinadən verdiyi xəbərə görə, Baş Qərargah rəisi Yaponiya Özünü
Müdafiə Qüvvələri komandanı Şiqeru İvasaki ilə Pentaqonda keçirdiyi birgə
mətbuat konfransında bildirib ki, "iki ölkə arasında raketdən müdafiə
sistemləri sahəsində əməkdaşlıq müttəfiqlik səviyyəsindədir və bu, hər iki
dövlətin milli maraqlarına xidmət edir".

O, həmçinin əlavə edib ki, "Yaponiyanın şimalında bu cür radar
sistemləri ilə quraşdırılıb ancaq onların yeni və müasirləri ilə əvəz olunması
ehtiyacı yaranıb".



Qeyd edək ki, ABŞ-ın
Avropada raketdən müdafiə sistemləri
qurmaq fikrinə Rusiya etiraz edir və bu addımı öz milli təhlükəsizliyinə hədə
kimi qiymətləndirir. Eyni reaksiyanı Çin də sərgiləyir və ABŞ-ı bölgədə
gərginlik yaratmaqda ittiham edir. ABŞ isə iddia edir ki, Avropada raketdən
müdafiə sistemləri İrana, Asiyada isə Şimali Koreyaya qarşı yönəlib.



Sadiq

AzN
ews.az
Bağla X