ABŞ Fars körfəzinə hərbi gəmi göndərdi

ABŞ-ən müdafiə naziri Leon Panettanın göstərişi ilə "USS Stennis" hərbi gəmisi əvvəlcədən müəyyən olunmuş müddətdən 4 ay tez Fars körfəzinə qayıdıb.

AzNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Panetta buna İranın neft gəmilərinin hədə-qorxusu və Suriya ilə Əfqanistandaki durumun səbəb olduğunu bildirib.

Qeyd edək ki, Ərəb dənizi və Fars körfəzində 7 ay ezamiyyətdə olan "USS Stennis" hərbi gəmisi mart ayında ABŞ-ın Şiatel limanına geri dönmüşdü. 7 ay müddətində gəminin gövdəsindən 1000-dən çox hərbi təyyarə İraq və Əfqanistanda əməliyyat aparmaq məqsədi ilə üçüş edib.

Panetta gəminin yola salınması mərasimində çıxış edərkən bildirib ki, hərbi gəminin göndərilməsi Yaxın Şərqdə müxtəlif təhlükələrə cavab kimi dəyərləndirilməlidir. O, öz çıxışında İran və Suriyanı təhlükələrin mənbəyi kimi təqdim edib. Bu, Fars körfəzində ABŞ-a məxsus yeganə hərbi gəmi deyil. Gəminin dekabrda körfəzə qayıtması nəzərdə tutulsa da, səfər 4 ay əvvəl gerçəkləşib.

Alpər
AzNews.az