06:41
(077) 610-22-33

Anders Breivikə 21 il həbs cəzası verildi

  • >
656 24 Avqust 2012 16:10 | Dünya

Onun üçün şəxsi psixiatrik xəstəxana tikməyə başlanılıb



Norveç məhkəməsi Oslo yaxınlığındakı Utoya adasında 77 nəfəri qətlə yetirən Anders Breiviki 21 il həbs cəzasına məhkum etdi. Həkimləin onun haqqında verdiyi tibbi rəy də yekun hökmə əlavə edilib. AzNews.az-ın məlumatına görə, ilkin mərhələdə həkimlər onu "paranoid-şizofrenik" kimi xaraktirizə etmişdilər.

İkinci mərhələdə isə onun ruhi sağlamlığı rəsmən təsdiq olunmuşdu. Breivik özü də məcburi psixiatrik müalicənin onun üçün "ölümdən daha pis" olduğunu bildirmişdi. Son məlumata görə, qatil hətta dəli elan olunsaydı belə, yenə həbsxanada qalacaqdı. Amma o da bəllidir ki, artıq onun üçün təhlükəsizlik şəraiti yüksək səviyyədə olan şəxsi psixiatrik xəstəxana tikməyə başlanılıb.

Onun şəxsi klinikası olduqca rahat olacaq. Onun oturma otağı, yataq otağı, tualet, hamam, idman zalı olacaq. Bundan əlavə, bina tibb otağı ilə də təchiz olunacaq. Jurnalistlərin araşdırması zamanı bəlli olub ki, Anders Breivikin belə bir şəraitdə saxlanılması ölkə büdcəsinə hər il 700 min dollara başa gələcək, məhbus həbsdə ruhi xəstəliklərdən əziyyət çəkərsə hər il ölkənin vergi ödəyən namuslu vətəndaşlarının 3 milyon dollar onun müalicəsinə sərf olunacaq.

Sadiq
AzNews.az
Bağla X