Xarkov və Donetskdə Rusiya bayraqları qaldırıldı - VİDEO

Kütlə Ukrayna bayraqlarını cırıb, "Rədd olsun Bandera!", "Donetsk Rusiya şəhəridir!" şüarları səsləndirilib
Ukraynanın Xarkov və Donetsk şəhərlərində bu gün vilayət rəhbərliklərinin binalarından Ukrayna bayrağı endirilərək yerinə Rusiya bayraqları taxılıb.

ANS PRESS-in məlumatına görə, hər iki şəhərdə mitinqlər keçirilib. Donetskdə kütlə özünü Donbas xalq dəstələrinin komandiri adlandıran Pavel Qubarevi "xalq qubernatoru" seçiblər. Qubarev deyib ki, güc strukturları yeni seçkilərə qədər yeni qubernatora tabe olmalıdır. Kütlə Ukrayna bayraqlarını cırıb, "Rədd olsun Bandera!", "Donetsk Rusiya şəhəridir!" şüarları səsləndirilib.

Xarkovda isə Maydan tərəfdarları ilə Rusiya tərəfdarları arasında dava düşüb. Əvvəl maydançılar Rusiya bayrağını düşürərək Ukrayna bayraqlarını asa biliblər. Sonradan Rusiya tərəfdarları qələbə çalıb və Rusiya bayraqlarını yenidən vilayət rəhbərliyinin binasının üzərinə yerləşdiriblər.




AzNews.az