ABŞ-ın atom aviadaşıyıcısı Aralıq dənizinə girdi

ABŞ-ın atom aviadaşıyıcısı "Corc Buş" fevralın 27-dən Aralıq dənizində döyüş növbəsindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqondan məlumat verilib.

"Aviadaşıyıcı plan üzrə dənizdə təhlükəsizlik əməliyyatlarını dəstəkləyir və ABŞ hərbi-dəniz qüvvələrinin beşinci və altıncı donanmalarının bölgədəki öhdəliklərinə yardım edir", - deyə məlumatda bildirlir.

Fevralın ortalarında Amerikanın Virciniya ştatında yerləşən Norfolk hərbi bazasından "Corc Buş" aviasiya daşıyıcısının rəhbərliyi altında aviasiya zərbə qruplaşması yola çıxıb.


AzNews.az