02:01
(077) 610-22-33

Krım tatarı: “Ruslar bizə yenidən o hadisələri yaşatmaq istəyir”

  • >
1 956 1 Mart 2014 22:24 | Dünya

Xalqımızı yox etməyə çalışırlar

"Krım tatarları 1941-1945-ci illər arasında Alman işğalı altında olan Krımdan, II Dünya müharibəsindən sonra isə 1944-cü ildə bu vaxta qədər almanlarla "iş birliyi" içində olduğu əsas gətirilərək Sovet hökuməti tərəfindən Özbəkistan və başqa Sovet ölkələrinə toplu şəkildə sürgün edilib".

Bu sözləri "Axar.az"a Səmərqənddə doğulub 2003-ci ildə Krıma dönən və Mühəndislik və Pedaqogika Universitetində Türk dili üzrə təhsil alan Gözəl İsmayılova deyib. Gözəl xanım Krım tatarıdır. "O vaxt, ümumən, 193.865 Krım tatarı sürgün edilib. 1944-cü ilin mayından oktyabrın 10-na qədər Özbəkistana sürgün edilən Krım tatarlarından 10.105 nəfəri aclıqdan ölüb. Bu da rusların işidir. Xalqımızı yox etməyə çalışırlar. Babam gündəliklərindən birində belə yazıb: "Krım kimə qaldı? Haram kafirlərə". Krım tatarları evlərindən çıxarıldıqdan sonra tatarların torpağına, evlərinə Rusiyanın ən şərəfsiz tipləri gətirildi, həbsxanalardan, küçələrdən toplayıb səfilləri Krıma yerləşdirdilər. İndi də o insanların uşaqları, nəvələri Krımın rusların olduğunu deyirlər. Və bizə yenidən 18 may 1944-cü il hadisələrini yaşatmaq istəyirlər". Krımı ələ keçirmək istəyirlər O bildirib ki, hal-hazırda şəxsiyyəti məlum olmayan bayraqlı adamlar Krım parlamentini işğal ediblər: "Ruslar və tatarlar arasında silahlı insident yaşansa, rus ordusu müdaxilə edəcək. Ruslar çalışırlar ki, bu insident yaşansın. Ruslar deyirlər ki, dünən bir neçə Krım tatarının ailəsinə hücum ediblər. Qəsdən eləyirlər ki, tatar xalqı küçələrə çıxsın. Rus əsgərlərinin burda olması qeyri-qanunidir. Lakin silahlı insident olsa, Rusiya Federasiyası əsgərləri qanuni olaraq Krıma girə bilər. Guya rus xalqını müdafiə etmək üçün... Amma hədəfləri bəllidir, zatən. Krımı ələ keçirmək istəyirlər. Tatarların vəziyyəti pisdir. Çünki Kırım hökuməti və Krımın rus kökənli xalqı Rusiyaya daxil olmaq istəyirlər. Ümid edirəm ki, arxamızda bütün Türk Dünyası var Parlamentdə silahlı qrupun işğalı davam edərkən, binanın ətrafında toplanan minə yaxın Rusiya tərəfdarı olan nümayişçi polislərin üzərinə gedərək təhlükəsizlik barrikadasını yardı. Parlament binası qarşısında aksiya keçirən nümayişçilər Rusiya prezidenti Vladimir Putin və Çeçenistan prezidenti Ramzan Kadırovu dəstəkləyən şüarlar səsləndirdi və referendum tələbi irəli sürdü. Gündən-günə vəziyyətin gərginləşdiyi Krım küçələrində təhlükəsizlik son dərəcə zəifdir. Polis, sadəcə, önəmli bölgələrə təhlükəsizlik barrikadaları çəkir. Rusiya uzun müddətdir ki, Krımı ələ keçirmək istəyir, fəqət Krım tatarı olan xalqının sayı çox az olsa da (30%), buna imkan verməyəcəyik. Rusiya gerçəkdən, boşu-boşuna əziyyət çəkir. Ümid edirəm ki, arxamızda Türkiyədə yaşayan 7 milyon Krım tatarı və bütün Türk Dünyası var. Azərbaycan, Özbəkistan, Qazaxıstan və başqa ölkələr".


AzNews.az
Bağla X