Hazırda Mərakeşdə 55 min fransız yaşayır Hazırda Mərakeşdə 55 min fransız yaşayır

Mərakeşdə işsiz Fransız ordusu yaranır

Hazırda Mərakeşdə 55 min fransız yaşayır



Fransa mətbuatının verdiyi məlumata görə, ölkə gənclərinin daha yaxşı həyat şəraiti axtarmaq üçün Mərakeşə axını sürətlənibr. AzərTac-ın ahespress.com saytına istinadən verdiyi xəbərə görə, iqtisadi böhran, işsizliyin artması və gələcəyə ümidsizlik Fransada çox sayda gənci iş axtarmaq üçün ölkəni tərk edərək Mərakeşə üz tutmağa vadar edib.


Afrikadakı keçmiş müstəmləkəyə pənah aparan fransızların əksəriyyəti bağçılıq və mühəndislik sektorunda, eləcə də özəl şirkətlərdə çalışırlar. Onlar Avropada gördüklərinin əksinə olaraq burada iş adamlarının onlara göstərdikləri etimaddan yararlanırlar. Hazırda Mərakeşdə 55 min fransız yaşayır.

Məsələyə münasibət bildirən ekspertlər vəziyyəti Fransanın əksinə olaraq, Mərakeşdə iqtisadi göstəricilərin normalaşması ilə izah edirlər.


AzNews.az