11:53
(077) 610-22-33

ABŞ bu həftə Rusiyaya sanksiya tətbiq edəcək

  • >
652 4 Mart 2014 19:01 | Dünya

"Rəsmi Vaşinqton çox böyük ehtimalla bu həftənin sonunda Rusiyaya qarşı sankisya tətbiq edəcək".

Bu sözləri ABŞ-ın dövlət katibi Con Kerrini Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı müşayiət edən ABŞ məmurlarından biri deyib.

Bu barədə "France Presse" agentliyi xəbər yayıb.

"Hesab edirəm ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar mərhələli xarakter daşıyacaq", - deyə ABŞ rəsmisi bildirib.

Xatırladaq ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar barədə ABŞ rəhbərliyi əvvəlcədən xəbərdarlıq etmişdi. Xüsusilə, bu informasiya ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki tərəfindən mətbuata yayılmışdı. Psaki verdiyi bəyənatda bildirmişdi ki, artıq sanksiyaların tətbiqinə başlanılır.(ANS PRESS)
Bağla X