NATO Ukraynada təlimlərə başlayır


Ukrayna NATO ilə birgə hərbi təlimlərə başlayacaq.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyindən bildirilib ki, hərbi təlim gələn həftə başlayacaq və 7 gün davam edəcək. Təlimlərdə Hərbi Dəniz Qüvvələri ilə yanaşı, quru qoşunlar da iştirak edəcək.

Məlumatda o da qeyd olunub ki, ehtimala görə, hərbi təlimlər Krımda vəziyyətin gərginləşməsi ilə bağlı keçirilir.

Məhəmməd
AzNews.az