İsrail İranın silahla dolu gəmisini saxlayıb

İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Qırmızı dənizdə İrana məxsus gəmini saxlayıb.

ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər 5:30 radələrində baş verib.

İsrail tərəfinin açıqlamasına görə, gəmidə xeyli sayda silah-sursat aşkarlanıb. Gəmidə həmçinin Suriyanın orta mənzilli raketləri də olub.

Gəmi mühasirəyə alınarkən ekipaj üzvləri heç bir müqavimət göstərməyib. Hazırda gəmi İsrail Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlılarının müşaiyəti ilə Eylat şəhərinin limanına doğru irəliləyir.

İsrail mətbuatı isə iddia edir ki, silah-sursatla dolu gəmi fələstin yaraqlılarını silahlandırmaq məqsədilə göndərilib.


AzNews.az