ABŞ Qara dənizə qoşun yeridir

Ukraynada baş vermiş hakimiyyət dəyişikliyindən sonra Rusiyanın Krıma qoşun yeritməsi ABŞ-ı da hərəkətə keçirib.

ANS PRESS-in məlumatına görə, ABŞ hərbi donanmasının önəmli hərbi gəmilərindən olan raketdaşıyıcı "USS Truxtun" Qara dənizə doğru istiqamətlənib. Həmçinin aviadaşıyıcı "USS George H.W. Bush"un artıq Egey dənizinin sularına girdiyi, onun da Qara dənizə istiqamətləndiyi də bildirilib.

Lakin aviadaşıyıcının Qara dənizə keçməsi sual altındadır. 1936-cı ildə Bolqarıstan, Fransa, İngiltərə, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ, Yuqoslaviya və Türkiyə arasında imzalanmış Montrö sazişinə görə, Bosfor və Dardanel boğazlarından aviadaşıyıcı gəmilər keçə bilməz.


AzNews.az