Avropa Birliyindən Rusiyaya viza yasağı

Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, Avropa Birliyi rusiyalılar üçün sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqları dayandırır

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Avropa Birliyii şurasının prezidenti Herman Van Pompey qurumun Brüsseldə keçirilən təcili sammitindən sonra bu haqda açıqlama verib: "Rusiya ilə vizanın sadələşdirilməsi dayandırıldı. Ukrayna məsələsində irəliləyiş əldə edilməzsə viza yasağı davam edəcək".

Almaniyanın kansleri Angela Merkel qeyd edib ki, əgər Rusiya Ukraynadakı vəziyyətlə bağlı danışıqların aparılmasına razılıq verməzsə, o zaman bu ölkənin qanunnazidd fəaliyyət göstərən vəzifəli şəxslərinin bank hesabları dondurulacaq və onlara qarşıviza məhdudiyyəti tətbiq ediləcək.

Britaniya hökumətinin başçısının sözlərinə görə, AB ilə Rusiya arasında baza razılaşmaları üzrə iş də dayandırılır.


AzNews.az