10:25
(077) 610-22-33

“Forbes“ dünyanın ən varlı qadınının adını açıqladı

  • >
1 311 7 Mart 2014 11:54 | Dünya

"Forbes" jurnalının versiyasına görə, varidatının əsas hissəsi qayınatası Sem Uolton tərəfindən əsası qoyulmuş "Uol-Mart" şəbəkəsinin payına düşən Kristi Uolton 36,7 milyard dollar sərvətlə son beş il ərzində dördüncü dəfə dünyada ən zəngin qadın olub. Trend-in məlumatına görə, bu barədə nəşrin reytinqinə istinadən "Praym" agentliyi bildirir.
Uolton reytinqdə "L`Oreal" şirkətinin varisi, sərvəti 34,5 milyard dollar həcmində qiymətləndirilən Lilian Betankuru qabaqlayıb. Beləliklə, var-dövləti bu il Fransanın kosmetika nəhənginin (2013-cü il ərzində doqquz faiz) səhmlərinin qiymətinin qalxması nəticəsində artmasına baxmayaraq, Betankur planetin ən zəngin qadını mövqeyini itirib.

Üçüncü yerdə 34,3 milyard dollarla "Uol-Mart"ın banisinin qızı Elis Uolton qərarlaşıb.

Mars ailəsinin üçüncü nəslinin nümayəndəsi və ən böyük şirniyyat şirkətinin top-meneceri Jaklin Mars 20 milyard dollar varidatla dördüncü yeri tutub.

Avstraliyanın "Hancock Prospecting" dağ-mədən şirkətinə başçılıq edən Conina Raynhart 17,7 milyard dollarla beşinci yerdədir.

Altıncı yer BMW avtomobil konsernində qardaşı və anası ilə birlikdə 50 faiz paya malik olan Süzanna Klattenə məxsusdur.

2014-cü ildə Forbes versiyasına görə, milyarderlərin dünya reytinqinə 172 qadın daxil olub. Halbuki keçən il onların sayı 138 idi. Ancaq qadınlar milyarderlərin siyahısında azlıqda qalırlar və "Forbes"in 1645 insanın daxil olduğu qlobal reytinqində on faizdən bir qədər çoxdurlar.

AzNews.az
Bağla X