02:30
(077) 610-22-33

Universitetdə atışma: 2 qadın yaralandı - FOTO, VİDEO

  • >
1 701 7 Mart 2014 20:03 | Dünya

Kanadanın Toronto şəhərinin York Universitetində atışma olub.

ANS PRESS-in məlumatına görə, atışma nəticəsində iki qadın yaralanıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Polislərin sözlərinə görə, yaralalılardan birinin vəziyyəti ağırdır. Hadisə şahidləri atəş açanın kim olduğunu görmədiklərini deyib.

"Qəfildən güclü atəş səsi eşitdik. Sonra kimsə "Onun əlundə silah var" deyə qışqırmağa başladı. Hamımız partaların altına girdik. Amma atəş açan şəxsin üzünü görə bilmədik", deyə atışma zamanı universitetin daxilində olan tələbələr bildirib.
Polis atışmanın kim və ya kimlər tərəfindən törədildiyinin hələlik məlum olmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanılıb.



AzNews.az
Bağla X