21:18
(077) 610-22-33

Televiziya operatoru öldürüldü

  • >
1 188 8 Mart 2014 20:27 | Dünya

Suriyada Livanın "Əl Mayadin" telekanalının operatoru öldürülüb.

ANS PRESS-in məlumatına görə, o, Suriyanın Deyr əz-Zor şəhərində müxalifət və hökumət qüvvələri arasında gedən döyüşü kameranın yaddaşına yazmaq istəyərkən naməlum yerdən açılan atəş nəticəsində həlak olub.

Qeyd edək ki, Suriya İnsan Haqları Təşkilatı ötən ilin oktyabr ayında Suriyada 22 mətbuat nümayəndəsinin həlak olduğunu açıqlamışdı. Onlardan 21-nin Suriya rejiminə bağlı qüvvələr, birinin isə "İraq Şam İslam Dövləti" qruplaşması tərəfindən öldürüldüyü bildirilirdi.

Bundan başqa 2 jurnalist "İraq Şam İslam Dövləti" qruplaşması, 4-ü naməlum silahlı qruplar tərəfindən qaçırılıb. 7 jurnalist isə Deyr əz-Zor şəhərində rejim qüvvələri ilə silahlı müxalifət arasında baş vermiş qarşıdurmaları işıqlandırmağa çalışarkən yaralanıb.


AzNews.az
Bağla X