“Ukraynaya yardımları oliqarxlardan qorumaq lazımdır“

Avropa Birliyi (AB) Ukraynaya yardımı oliqarxlardan qorumalıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Çexiya prezidenti Miloş Zeman bildirib.

O bildirib ki, bunun baş verməməsi üçün Ukraynaya yardımla yanaşı dəqiq şərtlər də təqdim edilməlidir. "Əgər yardım azad seçkilərdən sonra təqdim ediləcəksə, onda çox ağır şərtlərlə müşaiyət olunmalıdır", - deyə Çexiya prezidenti bildirib.

Onun sözlərinə görə, əgər Ukrayna doğrudan da Avropaya bağlılıq hiss edirsə müəyyən qurbanlara getməlidir. Bu qurbanlara yaxın 5-10 il ərzində AB-nin indiki ölkələri də gedəcək. Bu, ilk növbədə enerji daşıyıcılarının xeyli bahalaşmasıdır.

Onun sözlərinə görə, Ukraynada azad seçkilər çox tezliklə və ATƏT-in nəzarəti altında keçirilməlidir, çünki saxtalaşdırma riski həddindən artıq böyükdür.



AzNews.az