07:27
(077) 610-22-33

Krım sərhədində Ukrayna təyyarəsi atəşə tutulub

  • >
1 163 8 Mart 2014 22:00 | Dünya

Ukrayna Sərhəd Xidməti: "Halbuki təyyarənin göyərtəsində bir nəfər də olsun silahlı adam yox idi. Biz sadəcə sərhəd boyu patrul nəzarəti aparırdıq"

Krım Muxtar Respublikası sərhədində Ukrayna Sərhəd Xidmətinə məxsus təyyarə silahlılar tərəfindən atəşə tutulub.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Sərhəd Xidməti açıqlama verib.

"Krım sərhədində təyyarəmizi atəşə tutdular. Halbuki təyyarənin göyərtəsində bir nəfər də olsun silahlı adam yox idi. Biz sadəcə sərhəd boyu patrul nəzarəti aparırdıq. Silahlılar avtomatlardan atəş açdılar. Pilotlar dərhal geriyə döndü", deyə açıqlamada bildirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, Krımda olan rusiyalı silahlılar güc tətbiqi ilə psixoloji təsir etməkdən çəkinmirlər, dezinformasiyalar yayaraq insanları qorxu içində saxlamağa çalışırlar.


AzNews.az
Bağla X