Partlayış hökumət rəsmisinin həyatına son qoydu.

Əfqanıstan rəsmilərinin məlumatına görə, ölkənin şərq bölgəsində avtomobilə qarşı həyata keçirilən bomba partlayışı nəticəsində rayonun icra başçısı həlak olub.

Rəsmiləri deyir ki, Nur Ağa Kamran Nanqahar vilayətinin paytaxtı Cəlalabad şəhərində qətlə yetirilib.

Polis ən azı bir cangüdənin və hadisə yerində olan bir neçə kənar şəxsin yaralandığını bildirib.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ancaq Taliban ABŞ-ın dəstəklədiyi Həmid Karzay hökumətinin nümayəndələrinə qarşı müntəzəm olaraq oxşar üsullardan istifadə edir. (Musavat.com)