Terrorçular Malayziya təyyarəsini qaçırıb

Ötən gün gecə Vyetnam üzərindən uçarkən radarlardan itən "Malaysian Airlines" şirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi qaçırılıb.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Malayziya rəsmiləri çıxış ediblər.

Hazırda təyyarənin geriyə Kuala-Lumpur aeroportu istiqamətində uçuş istiqamətini dəyişə bilməsi versiyası nəzərdən keçirlir. Təyyarənin dispetçerlərlə əlaqəsini itirdikdən sonra geriyə dönməyə cəhd etməsi istisna edilmir. .

Malayziyanın Kuala-Lumpur şəhərindən Pekinə uçan, göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olan təyyarə ilə əlaqə Vyetnam ərazisinə yaxın hava məkanında kəsilmişdi.

Ötən gün sərnişinlərin siyahısı dərc edildikdən sonra iki nəfərin təyyarəyə özgə pasportlarla təyyarəyə oturduqları müəyyən edilib.

Həmin pasportların gerçək sahibləri keçmişdə Taylandda sənədlərini itirdiklərini bildiriblər.

Malayziya nəqliyyat nazirinin sözlərinə görə, özgə pasportla təyyarəyə keçmiş sərnişinlərin şəxsiyyətləri yoxlanılır.

"Boeing 777" təyyarəsnin yoxa çıxması ilə bağlı aparılan araşdırılmalarda ABŞ Federal Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşları da iştirak edirlər.

AzNews.az