00:22
(077) 610-22-33

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni XƏBƏR

  • >
2 184 10 Mart 2014 09:30 | Dünya

Malaziyanın Kuala Lumpur şəhərində ölkənin Mülki Aviasiya Departamentinin baş direktoru 2 gün əvvəl müəmmalı şəkildə radarlardan itən və içərisində 239 nəfərin olduğu "Boinq-777"nin aqibəti barədə mətbuat konfransı keçirib.

Jurnalistlər qarşısında çıxış edən Əzhəruddin Əbdülrəhman axtarışların hələ də bir nəticə vermədəyini bildirib. O, təyyarə barədə hər hansı məlumat olmadığını açıqlayıb.

Əzhəruddin Əbdülrəhman ekspertlərin hər mümkün versiyanı, hətta terror və təyyarənin qaçırılması variantları belə nəzərdən keçirdiyini deyib.

Baş direktor bildirib ki, yalnız təyyarə aşkarlandıqdan sonra qəzanın səbəblərini öyrənmək mümkün ola bilər. Hərbi radarda qeydə alınan məlumat, "Boinq-777" sərnişin təyyarəsinin yoxa çıxmazdan əvvəl geri döndüyünü deməyə əsas verir.

Malaziya höküməti şübhəli pasportları olduğu deyilən 4 şübhəli şəxs barədə araşdırma aparır. Beynəlxalq sularda ABŞ, Tayland, Çin və Malaziyanın birgə apardığı axtarışları hələlik heç bir nəticə verməyib.(anspress)
Bağla X