16:50
(077) 610-22-33

Tatar Məclisi parlamentin qərarına qarşı - Video

  • >
1 166 11 Mart 2014 21:15 | Dünya

Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov Krım Parlamentinin müstəqillik barədə qərarına etiraz olaraq brifinq keçirib.

"Axar.az"ın verdiyi məlumata görə, Çubarov bildirib ki, onlar qarşı tərəfə Krımın inkişafı ilə bağlı başqa bir planın üzərində işlənməsini təklif ediblər. Məqsəd yarımadada gərgin anlardan yan keçmək və təhlükələrdən sovuşmaq olub: "Biz qarşı tərəfə daha əlverişli paket təklif etdik. Düşündük ki, bununla qarşılıqlı anlaşmanın təməlini qoyacağıq. Bilirsiniz ki, bu günə qədər Krım tatarlarının hüquqları tapdalanır. Bu yöndə istənilən cəhdlərimiz qarşı tərəfdən eşidilməyib. Bu, bütün tərəflərə böyük siqnaldı – Rusiya, Qərb, Kiyev və s. Hesab edir ki, yerli əhali hərbi qoşunların burada mövcudluğundan əndişələnir və tezliklə onların daimi yerlərinə çəkilməsini istəyir.

Məlumdur ki, Krım tatarları referendumun əleyhinədir. Gərginlik danışıqlar masası arxasında həll olunmalıdı. Bu gün parlamentdə qəbul olunan sənədə gəlincə, hesab edirəm ki, bu, məsələni daha da gərginləşdirəcək".

Qeyd edək ki, qısa çıxışından sonra Çubarov yerli və xarici jurnalistlərin suallarına cavab verib.

)

AzNews.az
Bağla X