01:48
(077) 610-22-33

Qəzza zolağında partlayış

  • >
616 11 Mart 2014 22:00 | Dünya

Qəzza zolağının şimalında yaşayış evində törədilmiş partlayış nəticəsində 4 fələstinli həlak olub, 7 nəfər yaralanıb.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, insident Bayt-Hanun şəhəri yaxınlığında baş verib.

Partlayış nəticəsində ölən şəxslərin hamısı ərazini öz nəzarətində saxlayan HƏMAS hərəkatının hərbi qanadı – "İzzəddin Əl Həssam dəstəsi"nin üzvləridir. Məlumata görə, yaralılar arasında iki uşaq və qadın var. Onların vəziyyətinin ağır olduğu bildirilir. Partlayış nəticəsində yaxınlıqdakı tikililərə güclü zərər dəyib.


AzNews.az
Bağla X