Rusiya Ukraynanın neft şirkətini də ələ keçirir

Krım Muxtar Respublikası Ali Şurası yaxın vaxtlarda Ukraynaya aid bir neçə sənaye müəssisəsinin Krımın yeni hökumətinin tabeliyinə verilməsi haqqında qərar qəbul edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Krım baş nazirinin müavini Rüstəm Temirqaliyev açıqlama verib.
"Söhbət əsasən "Qaradənizneftqaz" şirkəti və onun bütün aktivlərindən gedir. Çünki bu şirkət Krım sahillərində yerləşən neft-qaz yataqlarından istifadə edir. Ali Şurada qəbul ediləcək qərardan sonra "Qaradənizneftqaz" respublika şirkəti kimi tanınacaq", deyə Rüstəm Temirqaliyev bildirib.

Onun sözlərinə görə, "Ukrzaliznisya" şirkətinin dəmir yol xətləri də Krımın mülkiyyətinə daxil ediləcək.

Qeyd edək ki, martın 16-da Krımın Rusiyanın rətkibinə qatılması ilə bağlı referendum keçiriləcək.

AzNews.az