Prezident qızına cinayət işi açıldı

İsveç prokurorluğunda Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya cinayət işi açılıb.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, prezidentin qızı çirkli pulların yuyulmasında şübhəli bilinir.

Bundan əvvəl İsveç prokurorluğunun xahişi ilə Fransa polisi Kərimovaya məxsus mənzildə də axtarış aparıb.

Prezidentin qızı bir neçə il ərzində İsveçdə beynəlxalq təşkilatları təmsil edib.

AzNews.az