13:23
(077) 610-22-33

Rusiya radiokəşfiyyat postunu ələ keçirdi

  • >
838 12 Mart 2014 22:56 | Dünya

Rusiyalı hərbçilər ötən axşam Krımın qərbində radiotexniki kəşfiyyat postunu ələ keçiriblər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, Olyonovka kəndində yerləşən post ultimatumdan sonra rus əsgərlər tərəfindən tutulub. Ukraynalı hərbi dənizçilər stansiyanın əsas blokunu söküblər. Onlar hərbi şəhərciyi tərk etməyiblər və orada qalmaqda davam edirlər. Amma ukraynalı hərbçilər tərksilah ediliblər.

Bu arada isə məlum olub ki, Rusiya Ukraynanın şimal sərhədlərinə qoşun yığır. Ukraynanın müdafiə naziri İqor Tenyux bildirib ki, hazırda ölkənin şimal-şərq sərhədlərinə 220 min rusiyalı hərbçi, 1800 tank və 400 helikopter toplanıb.


AzNews.az
Bağla X