06:41
(077) 610-22-33

Əsəd qan tökməkdə davam edəcəyini bəyan etdi

  • >
624 27 Avqust 2012 11:04 | Dünya

“Qərbin və bir sıra qonşu ölkələrin cəhdlərinə baxmayaraq, Suriya xalqı müqavimət göstərməyə davam edəcək”



Suriya prezidenti Bəşər Əsəd yeni bəyanatla çıxış edib. AzNews.az-ın Frans press xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Əsəd bildirib ki, o, ölkəsinə qarşı yönəlmiş beynəlxalq qəsdin qarşısında davam gətirəcək və qalib gələcək.

O, həmçinin əlavə edib ki, "Suriya xalqı xarici qəsbkarların məqsədlərinə çatmasına imkan verməyəcək və nəyin bahasına olursa olsun qələbə çalacaq".

Suriya prezidenti ölkəsində baş verənlərə aydınlıq da gətirib və qeyd edib ki, "ölkədə baş verənlər bütün yaxın şərq regionuna təsir edir və Suriyanın hadisələrin mərkəzində olması onun Yaxın Şərqin "məhək daşı" olmasına görədir. Qərbin və bir sıra qonşu ölkələrin cəhdlərinə baxmayaraq Suriya xalqı müqavimət göstərməyə davam edəcək".

Qeyd edək ki, bundan əvvəl də prezident Əsəd bildirmişdi ki, ölkədəki vəziyyət onların nəzarətindədir, onlar üsyançıları məğlub edəcəklər. Bununla belə, beynəlxalq təşkilatlar bildirirlər ki, Suriyada xarici güclərin maliyyələşdirməsi ilə davam edən vətəndaş müharibəsində indiyə qədər 24 min insan həlak olub.

Sadiq
AzNews.az
Bağla X