02:03
(077) 610-22-33

Prezidentin qızının mülkləri araşdırılır

  • >
961 13 Mart 2014 08:46 | Dünya

İsveçrənin hüquq-mühafizə orqanları Özbəkistan prezidentinin qızı Gülnara Karimova ilə bağlı istintaq aparır. Karimova çirkli pulların yuyulmasında şübhəli bilinir.

Bu haqda AzadliqRadiosuna İsveçrə hüquq-mühafizə orqanlarının təmsilçisi Jeannette Balmer xəbər verib. "İstintaqa hələ 2012-ci ilin iyulunda başlanıb. Çirkli pulların yuyulması şübhələrinin əsasında Özbəkistanın telekommunikasiya bazarındakı qanunsuz fəaliyyət iddiaları dayanır. İstintaq İsveçrədə bu iddilarla bağlı hansısa mülkiyyətin mövcudluğunu araşdırır." – deyə Balmer bildirib və əlavə edib ki, İsveçrə hüquqi yardım üçün bir sıra ölkələrə, o cümlədən öz tərəfindən məsələni araşdıran Fransa və İsveçə də müraciət edib.

AzNews.az
Bağla X