Gürcülər İsrailə vizasız gedəcək

Gürcüstan və İsrail arasında vizasız rejim haqqında hökumətlərarası razılaşma əldə olunub.

ANS PRESS-in məlumatına görə, razılaşmaya əsasən Gürcüstan vətəndaşları bu gündən etibarən viza almadan, sadəcə pasport vasitəsilə İsrailə gedə və 90 gün ərzində bu ölkədə qala bilər.

"Bəzi lazımlı prosedurları tamamilə yoluna qoya bilmək üçün bizə bir az vaxt lazımdır. Bu, İsrail xarici işlər nazirliyinin əməkdaşlarının tətil etməsi ilə əlaqədardır. Bu yaxınlarda Gürcüstan xarici işlər nazirliyi yeni bəyanatla çıxış edəcək. Bəyanatda Gürcüstan vətəndaşlarının İsrailə getməsi üçün bütün prosedurlar öz əksini tapacaq", - deyə Gürcüstan XİN-nin bəyanatında bildirilir.

AzNews.az