13:39
(077) 610-22-33

Azərbaycanlılar Kiyevdə Putinə etiraz edib

  • >
600 14 Mart 2014 18:28 | Dünya

50-yə yaxın piketçi Rusiyaya konkret tələblər irəli sürüb

Martın 14-də Ukraynada yaşayan azərbaycanlılar Rusiyanın Ukrayna böyükelçiliyi qarşısında piket keçirib. 50 nəfərin iştirak etdiyi mitinqdə Rusiya əleyhinə şüarlar səsləndirilirb.

Sonda qətnamə Rusiya böyükelçiliyinin təmsilçisinə təqdim edilib. Sənəddə deyilir: "Biz Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüzünü pisləyirik. Hesab edirik ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın bölünməz hissəsi olan Krıma yerləşdirilməsi bütün beynəlxalq normalara ziddir. Ukrayna müstəqil dövlətdir və yalnız Ukrayna xalqı ölkənin müqəddəratı ilə bağlı qərar vermək haqqına sahibdir. Rusiya prezidenti Valdimir Putin qoşunlara Krımı işğal əmri verməklə yarımadada yaşayan əhalinin – rusların, krım tatarlarının, azərbaycanlıların və digər millətlərin hüquqlarını tapdalayıb. Biz Rusiya Federasiyasından dərhal qoşunlarının Ukrayna torpaqlarından çəkməyi, bütün problemləri istisnasız olaraq dinc danışıqlar yolu ilə çozməyi, iki qardaş slavyan xalqı arasına nifaq toxumları səpməməyi tələb edirik". (Musavat.com)
Bağla X