Hökumət televizyası faktı təsdiqləyib Hökumət televizyası faktı təsdiqləyib

Əsədin hərbi helikopteri vuruldu - Video

Hökumət televizyası faktı təsdiqləyib



Suriya silahlı müxalifəti hökumət qüvvələrinə məxsus hərbi helikopteri vurub.

AzNews.az- lenta.ru saytına istinadən verdiyi xəbərə görə, müxaliflər youtube- da helikopterin vurulma kadrlarını da yayımlayıblar. Kadrlardan görünür ki, ilkin olaraq hərbi helikopter tüstülənməyə başlayır, daha sonra isə alovlanır. Daha sonra helikopter müvazinəti itirir və yerə çırpılır.

Verilən məlumata görə, hərbi helikopter Mi-25 dir. Hökumət televizyası faktı təsdiqləsə də, helikopterin vurulmadığını, texniki nasazlıq səbəbiylə qəzaya uğradığı bildirilir. Pilotun taleyi ilə bağlı isə hər hansı məlumat verilmir. Kadrlara nəzər saldıqda ehtimal etmək olar ki, pilot helikopter vurulduqdan sonra, partlayış nəticəsində vəfat edib.

Qeyd edək ki, bu müxaliflərin vurduğu ikinci hərbi helikopterdir. Bundan əvvəl də silahlı müxalifət helikopter vurmuş, hökumət isə texniki nasazlıq səbəbiylə helikopterin qəzaya uğradığını iddia etmişdi.



Sadiq
AzNews.az