04:21
(077) 610-22-33

Xarkov universitetində partlayış - 3 yaralı

  • >
828 15 Mart 2014 19:59 | Dünya

Karazin adına Xarkov Milli Universitetində partlayış baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, yerli polisin açıqlamasına əsasən, partlayış bu gün yerli vaxtla 14.50-də (Bakı vaxtı ilə 16.50-də) baş verib.

Açıqlamada bildirilir ki, partlayış nəticəsində bir müəllim və Kimya fakültəsinin 2 tələbəsi xəsarət alıb. Xəsarətlərin yüngül olduğu bildirilir, yaralılara hadisə yerində tibbi yardım göstərilir.

Partlayışın baş vermə səbəbləri müəyyənləşdirilir.

AzNews.az
Bağla X