“Azərbaycan ABŞ hərbçilərinin xidmət keçməsi üçün təhlükəli ölkədir“

Bu il iyunun 1-dən etibarən ABŞ Hərbi-Hava Qüvvələrinin (HHQ) bir neçə ölkədə xidmət keçən hərbçiləri və təyyarəçiləri təhlükəli şəraitdə xidmətə görə əlavə haqq almayacaqlar.

ANS PRESS-in ABŞ HHQ-nin saytına istinadən verdiyi məlumata görə, Pentaqonun ötən ilin sonunda verdiyi yeni əmrə əsasən Birləşmiş Ştatların hava qüvvələrinin personalının da maaşlarında düzəlişlər edilib.

ABŞ Müdafiə Nazirliyi bir sıra ölkələrdə xidmət keçən hərbçilərin təhlükəli şəraitdə xidmətə görə əlavə haqq almasını 2014-cü il iyunun 1-dən etibarən dayandıracağını elan etmişdi. Lakin Pentaqon bildirirdi ki, Azərbaycan ABŞ hərbçilərinin xidmət keçməsi üçün təhlükəli ölkə olaraq qalır və onların maaşlarına təhlükəli şəraitdə xidmətə görə əlavə olunan vəsait saxlanılacaq.

Pentaqonun verdiyi əmrə əsasən Amerikanın digər qoşun növləri kimi HHQ-də öz personalının əmək haqlarını azaltmaq qərarı verib. HHQ-in rəsmisi, polkovnik-leytenant Kevin Naman bildirib ki, Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Serbiya və Çernoqoriyada xidmət keçən hava qüvvələri personalının əmək haqları azaldılacaq.

Belə ölkələrə həmçinin Şərqi Timor, Haiti, Oman, Ruanda, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Özbəkistan daxildir.

Azərbaycan, Əfqanıstan, Əlcəzair, Burundi, Çad, Kolumbiya, Kot-d İvuar, Kuba, İsrail, İraq, Yəmən və s. ölkələrdə xidmət keçən Amerika hava qüvvələri personalının maaşlarında isə heç bir dəyişiklik olmayacaq.

AzNews.az