11:46
(077) 610-22-33

Rusiya desantı Krımda qazpaylayıcı stansiyanı zəbt edib

  • >
729 15 Mart 2014 21:58 | Dünya

Krımın Qeniçeski rayonunun Strelkovoye kəndi yaxınlığında "Arabatski strelka" adlanan əraziyə helikopterlərdən enən və üzərində fərqləndirici nişanları olmayan 50-dək silahlı desant yerli qazpaylayıcı stansiyanın ərazisində mövqe qurub.

APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, yerli sakinlərin sözlərinə görə, hərbçilər silah-sursat və digər döyüş ləvazimatları ilə tam təchiz olunub. Onların Rusiya hərbçiləri olduğu ehtimal olunur, belə ki, silahlı qrup üzərində Rusiyaya məxsus fərqləndirici nişanları olan helikopterlərdən əraziyə enib.

Məlumata görə, qazpaylayıcı stansiyanı ələ keçirməzdən əvvəl Rusiya hərbçiləri Strelkovoye kəndi yaxınlığındakı magistral yolda avtomobilləri saxlayaraq baxış keçiriblər.

Hüquq-mühafizə orqanlarından qazpaylayıcı stansiyanın silahlı qrup tərəfindən zəbt olunduğunu təsdiqləyiblər.

Desant endiyi ərazinin üzərində helikopterlər uçmaqda davam edir. Helikopterlərin üzərində böyük qırmızı ulduz nişanlarının olduğu bildirilir.

Bundan başqa, Sçastlivsevo yaşayış məntəqəsinin yaxınlığında dənizdə yerləşən "Çernomornefteqaz"a məxsus qaz buruğunun da Rusiya hərbçiləri tərəfindən nəzarətə götürüldüyü bildirilir.


AzNews.az
Bağla X