Pan Gi Munu İrandakı nüvə obyektləri maraqlandırmır

Bu həftə BMT baş katibi Pan Gi Mun Qoşulmama Hərəkatının 16-cı zirvə toplantısına qatılmaq üçün Tehrana gedəcək, lakin o, uranın zənginləşdirildiyi müəssisələrə və digər nüvə obyektlərinə baş çəkməyi planlaşdırmır.

Bu barədə BMT baş katibinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, baş katib Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmi şəxslərinin İranın nüvə obyektlərinə buraxılmasını alqışlayardı. Xatırladaq ki, İran mediasında P. G Munun nüvə obyektlərinə baş çəkməyi düşündüyü haqda xəbərlər yayılmışdı.

AzNews.az