Müğənni dünyanın axtardığı təyyarənin yerini göstərdi

Amerikalı müğənni Kourtney Lavın Malaziyaya məxsus itən təyyarə ilə bağlı iddiası hər kəsi təəccübləndirib.

"Axar.az" xəbər verir ki, Lav təyyarənin okeana düşdüyünü və düşən yeri də dəqiq bildiyi barədə fotoşəkil paylaşıb.

Müğənni fotoşəkildə dəniz üzərində görülən yağ təbəqəsini qeyd edərək, təyyarənin Vyetnamın cənub-qərb bölgəsində okeana düşdüyünü bildirib.

Daha sonra amerikalı müğənni bildirib ki, "Ekspert deyiləm amma fotoşəkilə baxsanız təyyarə və yağ parıltısını görə bilərsiniz".

AzNews.az
image description